Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Xaçmazın da elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Yenidənqurma işləri rayonun 20-dək kənd və qəsəbəsini əhatə edib.
Keymərəz kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənib, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilib, yeni Transformator Məntəqəsi (TM) quraşdırılıb. Həmçinin Gödəkli, Bayoba, Köhnə Xaçmaz və Niyazoba kəndlərində elektrik təsərrüfatı yenilənir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xaçmaz və Niyazoba kəndlərinə gələrək “Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma işləri ilə yerində tanış olub.
Şəhər ərazisində Sabit Rəhman küçəsində və ətraf ərazilərdə elektrik şəbəkəsi yenidən qurulur. Bu ilin sonunadək Şıxlar, Çaykənarı, Hacılar, Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba, Xaspoladoba və Qarabağlı kəndlərinin də elektrik şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır.
“Azərişıq” ASC Xaçmazla yanaşı ölkənin bütün regionlarında, eləcə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
Digər xəbərlər
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verilib 08 Avqust 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026