“Azərişıq” ASC şimal bölgəsində güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.
ASC-dən bildirilib ki, hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür.
“Azərişığ”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır. ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir. Əməkdaşlar bütün əlavə mal-materiallarla təchiz olunub və baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacaqlar.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 19 Avqust 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026