Regionların elektrik təsərrüfatının yenilənməsi istiqamətində “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və quruculuq işləri Tovuz rayonunu da əhatə edib. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur. 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu olmaqla 8 kəndində işlər başa çatdırılıb.
Kəndlərdə istismar müddətini başa vurmuş 0.4, 6 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Hazırda Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan olmaqla 3 kənddə yenidənqurma işləri davam etdirilir. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.
Yenidənqurma işləri çərçivəsində 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin də elektrik şəbəkəsi yenidən qurulub. Kəndin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb. 0.4 və 10 kV-luq dayaqlar basdırılıb, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.
“Azərişıq” ASC-nin əsas hədəfi vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir. Bu hədəfə nail olmaq üçün Şərqi Zəngəzur və Qarabağ da daxil olmaqla ölkənin bütün regionlarında yenidənqurma və əsaslı təmir-bərpa işləri davam etdirilir.
Digər xəbərlər
- ADSEA-ya məxsus su xəttində baş verən qəza ilə əlaqədar Biləcəri qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2025
- “Azərişıq” ASC “Ekspo 2025” dünya sərgisində fəal iştirak edir 07 İyun 2025
- Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaqXətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2025
- Siyəzəndə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 11 Aprel 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Qusarda fermer və sahibkarlarla görüşüb 09 İyul 2025