
Görüntülərdən məlum olur ki, orta yaşlı naməlum kişi dekabrın 12-də saat 13 radələrində Süleyman Sani Axundov 1b ünvanında yerləşən yaşayış binasının blokuna daxil olduqdan sonra elektrik təchizat qutusundakı sayğacları söküb aparmaq üçün əvvəlcə qısaqapanma yaradır. Bu yolla mənzil sahibinin evdə olub-olmadığını müəyyənləşdirir.
Daha sonra sayğaca qoşulan və ondan ayrılan ana xətti zəif kabellə birləşdirir. Naməlum şəxs avtomatı oğurlayıb getdikdən bir neçə dəqiqə sonra isə zəif naqil qızaraq sıradan çıxır.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında faktdan məlumatlı olduqlarını bildirib:
“Sayğacların oğurlanmasından məlumatımız var. Abonentlərə müraciət edirik ki, onlar da belə hallara qarşı diqqətli olsunlar. Əgər kimisə binaların girişində, bloklarda görsələr, bizə müraciət etsinlər”.
O əlavə edib ki, elektrik sayğacları mənsub olduqları mənzilin mülkü sayılır: “Abonent onu qorumalı, daim diqqətdə saxlamalıdır. Əgər elektrik sayğaclarına kənar şəxslər yaxınlaşsa, onlardan kimlikləri, nə üçün elektrik avtomatlarına yaxınlaşmaları soruşulmalıdır. Belə hallara qarşı birlikdə mübarizə aparmalıyıq”.
Digər xəbərlər
- Şamaxı və Masallının kəndlərində yenidənqurma işlərinə başlanılıb. 10 Fevral 2022
- Neftçala rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 03 Avqust 2022
- Şamaxının Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 25 May 2022
- Ağcabədinin 5 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 12 Aprel 2022
- "Qarabağın gündəliyi" verilişində "Azərişıq" ASC tərəfindən Qarabağda görülən işlər haqqında 26 Aprel 2022