İyunun 22-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.
Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/10 kV-luq "Sumqayıt" yarımstansiyasından çıxan 14 və 16-cı şəhər fiderlərində təmir, eləcə də elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Yenidənqurma işləri zamanı Özünüdaşın İzolyasiyalı Naqillər (ÖİN-3) çəkiləcək. Beləliklə, saat 11:00-dan 15:00-dək Sumqayıt şəhəri 20 və 21-ci mikrorayonlar, 50-53 məhəllələrin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Masallı, Ağdaş və Yevlax rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 01 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 11 Avqust 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının Qərb RETSİ üzrə regional turu təşkil olunub 22 Avqust 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026