Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.
110/35/10 kV-luq “ETK-4” yarımstansiyasından qidalanan 6 kV-luq Binəqədi 1, 2 və Biləcəri 1, 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 16:00-dək Binəqədi kənd və ətraf yaşayış massivləri, 1, 2, 3 və 4-cü Mədən küçələrində, saat 10:00-dan saat 13:00-dək Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi və 50/54-68-ci məhəllədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin, 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xəttində təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar saat 12:00-dan saat 16:00-dək Aşağı Sulutəpə qəsəbəsində elektrik enerjisinin verilişi dayandırılacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- Təmir işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Oktyabr 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026