Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də bəzi rayonların elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri icra olunacaq. Bu zaman rayonun Məhəmməd Əmin Rəsulzadə, Nəbi Xəzri, Ruhulla Axundov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində saat 09:00-dan 11:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Xosrov" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar Birinci Aral, Xosrov, İkinci Aral, Qulbəndə, Orta Qəsil, Sadavat, Şəmsabad, Şordəhnə kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Bərdə EŞ-yə daxil olan 10 kV-luq 1 saylı kənd hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Bəcirəvan və Lənbəran kəndlərini əhatə edəcək. Həmçinin 35 kV-luq "Səməd Vurğun" hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar eyni saatlarda Böyük Göyüşlü, Cəyirli, Əyricə, Gülgəzli, Hacıəhmədli, Kərimbəyli, Qaraqoyunlu, Mirzəcəfərli, Nəcəfqulubəyli, Sərkarlar, Vəliuşağı kəndlərinin bir sıra hissələrində enerjinin verilişində fasilə yaranacaq.
Göyçay EŞ ərazisində 10 kV-luq 2-ci kənd hava xəttində aparılacaq təmir işləri zamanı Qızılağac, Mollahacılı və Şəkili kəndlərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Yevlaxda 10 kV-luq 2-ci şəhər hava xəttində görüləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək şəhər ərazisində Əbdülqasım Firdovsi, Həsən bəy Zərdabi, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Yeni Yevlax küçələrinin bəzi yerlərini əhatə edəcək.
Ucar EŞ-yə daxil olan 10 kV-luq 3-cü şəhər hava xətti üzrə yeni metal dayaq basdırılacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək şəhər ərazisində bir sıra küçə və məhəllələrdə enerjinin verilişində qısa müddətli məhdudiyyət tətbiq olunacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Sentyabr 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026