Yanvarın 9-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Eminli” yarımstansiyasından çıxan 10 kV-luq 1 saylı hava xəttində təmiri işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Hacıtəpə, Həsənli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əmircan qəsəbəsi Vladimir Balandin, Tofiq Bayram, V. Axundlu, Nizami Gəncəvi, M. Əzizbəyov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Yasamal və Xəzər rayonlarının bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 04 Oktyabr 2026
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026
- YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. 25 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Abşeronun bu ərazilərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 04 Sentyabr 2026