Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də bəzi rayonlarda bir sıra 6, 10 və 35 kV-luq hava elektrik veriliş xətlərində təmir, yenidənqurma, eləcə də xətlərə toxunan ağacların budanması işləri həyata keçiriləcək.
Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 13:00-dək şəhərin Rəşad Budaqov, Ceyhun Mustafayev, Abbasqulu ağa Bakıxanov, Cahangir Kərimov, Aydın Məmmədov, Üzeyir Hacıbəyli, Mustafa Sübhi küçələri, həmçinin rayonun Bəydili, Əcəmi, Gülövşə, Səmədabad, Yenicə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Mingəçevirin Aydın Məmmədov, Şah İsmayıl Xətai, Xan Şuşinski küçələri və Günəşli yaşayış massivinin bəzi ərazilərində saat 13:00-dan 16:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə Ağdaş EŞ ərazisində saat 10:00-dan 17:00-dək Aşağı Ağcayazı, Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qobuüstü, Qolqəti, Qoşaqovaq, Şəkili, Yenikənd, Yuxarı Ağcayazı, Yuxarı Nemətabad kəndləri, Türyançay qəsəbəsi və şəhər ərazisində 47-ci məhəlləni əhatə edəcək.
Goranboy EŞ-yə daxil olan Aşağı Ballıqaya, Qızılhacılı və Yeniyol kəndlərində saat 09:30-dan 15:30-dək, Goran qəsəbəsində isə saat 09:00-dan 16:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Bərdədə saat 10:00-dan 12:00-dək şəhər ərazisində yerləşən Elçin Əsədov, Cavanşir, Rəsul Rza, Aydın Əhmədov, Gəncə, Şakir İsmayılov, Nüşabə, Məhəmmədhüseyn Şəhriyar, Seyid Cəfər Pişəvəri küçələrinin bəzi yerlərində enerjinin verilişi dayandırılacaq.
Cəlilabad EŞ-nin xidməti ərazisində saat 11:00-dan 13:00-dək Göytəpə şəhəri, Ağdaş, Alaşar, Fətullaqışlaq, Həziabad, Kazımabad, Komanlı, Maşlıq, Muğan, Oğrubulaq, Privolnoye, Söyüdlü kəndlərinin bir hissəsində məhdudiyyət yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Təmir işləri ilə əlaqədar Yasamal, Nizami və Binəqədi rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Oktyabr 2026
- Ağdaş, Goranboy və Yevlaxın bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- İstehlak olunan elektrik enerjisi üzrə yaranmış debitor borcların ödənilməsi istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına müsbət təsir edir 07 Oktyabr 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026