Cəlilabadın Kazımabad kəndində 60-a yaxın abonent uzun illər idi ki, elektrik enerjisi sarıdan problemlər yaşayırdı. Elektrik dirəkləri və naqilləri istismar müddətini başa vurduğundan əraziyə verilən elektrik enerjisinin verilməsində mütəmadi fasilələr yaranırdı. Problem qış aylarında özünü daha qabarıq göstərirdi. Bu da sakinlərin haqlı narazıqlarına səbəb olurdu. Problemi dəfələrlə öz efirimizdə işiqlandırıb müvafiq qurumların diqqətini bu məsələyə yönəltmişdik. Artıq problem öz həllini tapmaq üzrədir. Ərazidə köhnə elektrik dirəkləri yenisi ilə əvəzlənir. Bu məqsədlə 40 ədəd yeni dəmir dirəklər basdırılıb və yeni qoruyucu kabellər çəkilib. İşlərin sentyabrın sonlarında tamamlanması nəzərdə tutulub. “Azərişıq” ASC-nin Cəlilabad Filialından verilən məlumata görə son 6 ayda rayon ərazisində 450 ədəd dəmir dirək basdırılıb, 16 km kabel çəkilib, 1100 ədəd sayğac quraşdırılıb.