Bir sıra sənaye komplekslərində və müəssisələrində mövcud istehsal qüclərinin köhnəlməsi və yararsız hala düşməsi nəticəsində, istehsal prosesinin müasir tələblər səviyyəsində idarə olunması təcrübəsinin olmaması və diqər səbəblər üzündən son illər ölkədə istehsal olunan məhsulun həcmi rəqabətə davam qətirməyərək xeyli azalmış, bəzi müəssisələr dayanmaq təhlükəsi qarşısında qalmışlar.
Dövlət müəssisələrinin və sənaye komplekslərinin fəaliyyətinin sağlamlaşdırılmasını təmin edən müasir tipli qabaqcıl idaretmə metodlarının tətbiq olunması və xarici firmaların iştirakı ilə müvafiq layihələrin hazırlanıb həyata keçirilməsi işlərini sürətləndirmək məqsədi ilə qərara alıram:
1. Ayrı-ayrı dövlət müəssisələrinin (obyektlərinin) fəaliyyətinin sağlamlaşdırılmasını daxili imkanlar hesabına təmin etmək mümkün olmayan hallarda, onların müqavilə əsasında müəyyən edilmiş müddətə hüquq və fiziki şəxslərin idarə olunmasına verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi bəyənilsin.
2. Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi yalnız bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLIYEV.
Bakı şəhəri, 9 fevral 1996-cı il.
? 437.
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 fevral 1996-cı il, ? 29)