AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 263

Bakı şəhəri, 1 iyul 2016-cı il

"Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

"Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləş-dirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 2-ci hissəsinin birinci abzasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri ilə əvəz edilsin.

2. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarının 2-ci hissəsində "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram"ın 5.2-ci bəndinin ikinci və üçüncü abzaslarının "Məsul idarə və təşkilatlar" sütunundan "Dövlət Sosial Müdafiə Fondu" sözləri çıxarılsın və beşinci abzasında "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin.

4. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun icra edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 fevral tarixli 32 nömrəli qərarının 10-cu hissəsində "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri ilə əvəz edilsin.

5. "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissədə "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.2. həmin qərarla təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" üzrə:

5.2.1. 4-cü hissənin ikinci abzasında, 135-ci, 138-ci, 141-ci hissələrdə və 142-ci hissənin birinci abzasında "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.2.2. 74-cü, 91-ci (hər iki halda), 97-ci, 99-cu hissələrdə, 113-cü hissənin dördüncü abzasında, 114-1-ci hissənin birinci, altıncı, yeddinci abzaslarında, 114-2-ci hissənin yeddinci (hər iki halda) və səkkizinci abzaslarında, 116-cı hissənin birinci abzasında, 117-ci hissənin dördüncü abzasında ismin müvafiq hallarında "Dövlət Sosial Müdafiə Fondunun orqanı" sözləri ismin müvafiq hallarında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı" sözləri ilə əvəz edilsin;

5.2.3. 99-cu, 120-ci hissələrdə, 123-cü hissənin ikinci abzasında ismin müvafiq hallarında "Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri" sözləri ismin müvafiq hallarında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları" sözləri ilə əvəz edilsin;

5.2.4. 112-ci hissənin dördüncü abzasının ikinci cümləsində "Dövlət Sosial Müdafiə Fondu orqanının və ya əhalinin sosial müdafiəsi mərkəzi" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.2.5. 116-cı hissənin ikinci abzasının üçüncü cümləsində "Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilsin;

5.2.6. 121-ci hissədə (hər iki halda) ismin müvafiq hallarında "DSMF orqanları" sözləri ismin müvafiq hallarında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları" sözləri ilə əvəz edilsin;

5.2.7. 139-cu hissədə "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilsin;

5.2.8. 142-ci hissənin ikinci abzasında "Dövlət Sosial Müdafiə Fondunun" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" sözləri ilə əvəz edilsin;

5.3. həmin Əsasnamənin 1-5 nömrəli əlavələrinin mətnində "Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinə/departamentinə" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına" sözləri ilə və "DSMF-də" akronimi "ƏƏSMN-də" akronimi ilə əvəz edilsin.

6. "Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 175 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 677; 2005, № 6, maddə 546) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2-ci hissədə (birinci halda) "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri ilə əvəz edilsin;

6.2. həmin qərarla təsdiq edilmiş "Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar"ın II hissəsi üzrə:

6.2.1. birinci, dördüncü və beşinci abzaslarında ismin müvafiq hallarında "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu" sözləri ilə əvəz edilsin;

6.2.2. üçüncü abzasda "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

6.2.3. altıncı abzasda "Fondun" sözü və "Dövlət Sosial Müdafiə Fondunun" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2, II kitab, maddə 389) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.18-ci bəndində "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı"nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. "Tədbirlərin məzmunu" sütununda:

8.1.1. 1.1-ci bəndin birinci, ikinci və üçüncü abzaslarında "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri ilə əvəz edilsin;

8.1.2. 1.4-cü bənddə "həmin Fonda" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri ilə əvəz edilsin;

8.1.3. 4.1-ci bəndin "a" abzasında "Dövlət Sosial Müdafiə Fondu və onun tabeli qurumları" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları" sözləri ilə əvəz edilsin;

8.1.4. 4.3-cü bəndin birinci abzasında "Dövlət Sosial Müdafiə Fondunun və onun tabeli qurumlarının" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və onun yerli orqanlarının" sözləri ilə, "Dövlət Sosial Müdafiə Fondu orqanlarına" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına" sözləri ilə və ikinci abzasında "Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları" sözləri ilə əvəz edilsin.

8.2. "İcraçılar" sütununda "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351) ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 1-ci, 3-cü, 4-cü hissələrində və həmin Qaydalara əlavədə - "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 915; 2009, № 12, maddə 1065; 2014, № 1, maddə 69, № 2, maddə 201; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 mart tarixli 121 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi"nin "1. Anlayışlar" hissəsinin on yeddinci abzasında "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 109, № 5, maddə 434, № 7, maddə 672; 2009, № 10, maddə 846; 2010, № 4, maddə 355, № 8, maddə 769; 2014, № 3, maddə 316, № 5, maddə 556) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nın onuncu abzasında "Dövlət Sosial Müdafiə Fondu" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2, II kitab, maddə 382, № 3, maddə 608; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 111 nömrəli və 29 aprel tarixli 177 nömrəli qərarları) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"ndan "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatı", "Dövlət Sosial Müdafiə Fondunun Aparatı", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan:", "İri Sığortaedənlərlə İş üzrə Departament", "Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti", "Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti", "Bakı şəhəri rayon şöbələri" və "Şəhər (rayon) şöbələri" sözləri çıxarılsın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"nın 1.3-cü bəndindən və həmin Qaydaya əlavə - "Elektron anketin forması"nın 27-ci hissəsindən ", Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu" sözləri çıxarılsın.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225) ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

14.1. 4.7-ci bənddə "Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinə" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına" sözləri ilə əvəz edilsin;

14.2. 6.6-cı bənddə "Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına" sözləri ilə əvəz edilsin;

14.3. 6.9-cu bəndin birinci cümləsində "Dövlət Sosial Müdafiə Fondunun orqanlarından" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarından" sözləri ilə əvəz edilsin;

14.4. həmin Qaydalara 7 nömrəli əlavə - "Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı"nın 1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü, 2.22.2-ci və 2.23.4-cü yarımbəndlərində "Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının" sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, II kitab, maddə 378) ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin 4.28-ci bəndindən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun," sözləri çıxarılsın.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə