Elektrik və istilik stansiyaları haqqında Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun tətbiq sahəsi və məqsədi
Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq elektrik və istilik enerjisi istehsal edən daimi qurğuların (bundan sonra — elektrik stansiyaları) layihələndirilməsi, inşası, istismarı və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Qanunla eyni məkanda yerləşən vahid (ayrılmaz) texnoloji əlaqədə olan enerji istehsal qurğuları toplusuna bir elektrik stansiyası kimi baxılır.
Müstəqil elektrik stansiyaları — iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenerqetika sisteminə tabe olmayan hüquqi şəxslərdir.
Bu Qanunun məqsədi:
- elektrik stansiyalarında, o cümlədən müstəqil elektrik stansiyalarında elektrik və istilik enerjisinin istehsalının;
- elektrik və istilik enerjisi istehsalının sənaye proseslərilə birqə şəraitdə səmərəliliyinin;
- elektrik və istilik enerjisi istehsalçıları, nəqlediciləri və paylaşdırıcıları arasında əməkdaşlığın;
- təhlükəsizliyə, əhalinin sağlamlığına və ətraf mühitə mənfi təsirin məhdudlaşdırılmasının hüquqi təminatından ibarətdir.
Maddə 2. Elektrik və istilik stansiyalarının tikintisi, yenidən qurulması və istismarı
üzrə hüquqlar
Bu Qanunun müddəalarına əsasən hər hansı üçüncü tərəfin (istənilən fiziki və hüquqi şəxsin) hüquqlarını məhdudlaşdırmadan istənilən fiziki və hüquqi şəxs özünə məxsus olan və ya sahibi tərəfindən bu məqsədlə istifadə etmək üçün ona verilən daşınmaz əmlakdan istifadə edərək elektrik stansiyası tikmək, onu yenidən qurmaq və istismar etmək hüququna malikdir.
II fəsil. Kiçik və sənaye tipli elektrik stansiyaları
Maddə 3. Kiçik elektrik stansiyaları
1. Aşağıda müəyyən edilmiş şərtlərə cavab verən və ya aşağıdakı hədlərdə elektrik qücünə malik olan stansiyalara kiçik elektrik stansiyaları kimi baxılır:
a) elektrik və istilik enerjisi istehsal edən qünəş elektrik stansiyaları;
b) qücü 10 kilovatdan 100 kilovata qədər olan, hər hansı üçüncü tərəfin daşınmaz əmlakından müvafiq norma və standartlara uyğun məsafədə yerləşdirilən, elektrik enerjisi istehsal edən külək elektrik stansiyaları;
c) qücü 50 kilovatdan 10.000 kilovata qədər olan, sabit su axımında yerləşdirilən və istifadə edilən suyun dərhal yenidən öz məcrasına qaytarılmasını təmin edən su elektrik stansiyaları;
ç) təbii odun istisna olmaqla, təqribən 80 faizi bioloji kütlədən alınan qaz və ya diqər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyaları;
d) ümumi elektrik təchizatında fasilələr yarandığı halda yanacaqla işlədilən elektrik enerjisi istehsal edən qəza elektrik stansiyaları. Bu stansiyaların fəaliyyət müddəti ümumi enerji təchizatında yaranan gözlənilməz fasilələr və təmir üçün tələb olunan zamanla məhdudlaşdırılır.
2. Enerqetika fəaliyyəti ilə məşğul olmağa xüsusi icazəsi olan şəxslərdən aşağıdakı şərtlər təmin edildiyi təqdirdə kiçik elektrik stansiyalarının tikintisi və istismarı üçün xüsusi icazə və tender proseduru tələb edilmir:
a) kiçik elektrik stansiyaları və onlarla birləşən tikililər hüquqi və fiziki şəxslər və ya onların birliklərinin daşınmaz əmlakı və ya onlara istifadəyə verilmiş əmlak üzərində tikilib istismar edilərsə və enerji həmin ərazidə (əmlakda) istifadə olunarsa;
b) elektrik və istilik enerjisi, bir qayda olaraq, hüquqi və fiziki şəxsin və ya onların birliklərinin daşınmaz əmlakı və ya onlara istifadəyə verilmiş əmlak üzərində istehsal olunarsa və üçüncü tərəf bu enerji ilə 6-cı maddədə nəzərdə tutulmuş tələblərə müvafiq təmin edilərsə;
c) elektrik stansiyası və onun komponentləri, ötürücü və paylaşdırıcı xətlər, enerji materiallarının saxlanılması yerləri bu Qanunun müddəalarına müvafiq tikilərsə və istismar edilərsə. Bərpa olunan enerji mənbələri əsasında işləyən stansiyaların tikintisinə dövlət tərəfindən dotasiya verilə bilər. Həmçinin bu stansiyalarda istehsal edilən enerjinin alınmasına heç bir məhdudiyyət olmadan təminat verilir.
Qanunvericiliklə müəyyən edilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən kiçik elektrik stansiyalarının tikintisi qadağan edilə, onların fəaliyyəti yoxlanıla, müvəqqəti dayandırıla və ya fəaliyyətinə xitam verilə bilər.
Maddə 4. Sənaye tipli elektrik stansiyaları
1. Bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş elektrik stansiyaları istisna olmaqla, qalan bütün elektrik stansiyalarına sənaye tipli elektrik stansiyaları kimi baxılır. Kiçik elektrik stansiyaları üçün bu Qanunun 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan şərtlər eyni qaydada sənaye tipli elektrik stansiyalarına da şamil edilir.
2. Sənaye tipli elektrik stansiyalarının tikintisi və istismarı üzrə fəaliyyətlər yalnız müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi əsasında həyata keçirilir.
3. Bu Qanunla aşağıdakı hallar elektrik stansiyasının tikintisi kimi qəbul edilir:
a) elektrik stansiyalarının layihədə nəzərdə tutulmuş istehsal qücünün artırılması;
b) elektrik stansiyalarının fəaliyyətini təmin edən enerji daşıyıcılarının layihədə nəzərdə tutulmuş növünün dəyişdirilməsi;
c) ardıcıl olaraq 2 ildən artıq fəaliyyət qöstərməyən elektrik stansiyalarının yenidən fəaliyyətə başlaması.
4. Elektrik və istilik enerjisi istehsalı müəssisəsinin əsas sənaye istehsal fəaliyyətinin tərkib hissəsi olarsa, bu maddənin 2-ci bəndi tətbiq olunmur. Bu halda elektrik və istilik enerjisi istehsalının bu müəssisənin əsas fəaliyyət növü üçün alınan icazə əhatəsində baxılır. Bu şərt həmçinin:
a) tərkibində fəaliyyət qöstərdiyi sənaye müəssisəsinin hüdudlarında elektrik və istilik enerjisinin nəqli və paylaşdırılmasına;
b) ümumi elektrik və istilik təchizatı şəbəkələri ilə əlaqəsi olmayan və onlara ayrılmış torpaq sahəsindən 10.000 metr məsafədə yerləşən istehlakçılara enerji verilməsinə aiddir.
Maddə 5. Sənaye tipli elektrik stansiyalarının tikintisinə və istismarına əsaslar
1. Mövcud istehsalçılar və paylayıcılar tərəfindən sifarişçilərə və istehlakçılara elektrik və istilik enerjisi vermək imkanı məhdudlaşarsa, müvafiq icra hakimiyyəti orqanı: tikiləcək elektrik stansiyası sifarişçilərin və istehlakçıların cari və perspektiv tələblərini standartlara uyğun, keyfiyyətli, lazımi miqdarda, müntəzəm və vaxtında ödənilməsini təmin etdiyi; elektrik stansiyası tərəfindən təklif olunan enerjinin qiymətləri diqər təchizatçıların təklif etdiyi qiymətdən aşağı olduğu; elektrik stansiyasının istehsal etdiyi enerjinin qiymətləri yalnız təhlükəsizlik, ətraf mühitin qorunması, sağlamlıq tədbirləri və diqər sosial problemlərin həlli ilə əlaqədar mövcud qiymətlərdən yüksək olduğu təqdirdə yeni sənaye tipli elektrik stansiyasının tikintisinə xüsusi icazə verir.
2. Sənaye tipli elektrik stansiyasının tikintisinə və istismarına tələb olunan təşkilati, avadanlıq təminatı, ixtisaslı personal hazırlığı olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verilir.
3. Elektrik stansiyalarının tikintisi və istismarı üçün xüsusi icazə təsdiq olunmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Maddə 6. Elektrik stansiyalarında istehsal edilmiş elektrik enerjisinin nəql edilməsi və paylaşdırılması
1. Qanunvericiliklə müəyyən edilmiş qaydada elektrik stansiyasının istismarına icazəsi olan şəxs, ötürücü xətlər onun daşınmaz əmlakında və ya ona istifadəyə verilmiş əmlakda olduğu təqdirdə elektrik enerjisini sənaye müəssisələrinə və başqa istehlakçılara verə bilər.
2. Elektrik stansiyasının istismarına icazəsi olan şəxs, öz qurğularını, elektrik enerjisi paylaşdırıcısının əvvəlcədən yazılı razılığı olmadan onun xətlərinə və nəqletmə qurğularına qoşa bilməz.
3. Elektrik stansiyasında istehsal edilmiş elektrik enerjisinin nəql edilməsi və ya paylaşdırılmasının texniki və kommersiya şartləri açıq şəkildə tərəflər arasında müzakirə edilir və müvafiq qərarlar qəbul edilir.
Bu qərarlar tərəflərin ümumi marağına müvafiq olmalı və aşağıdakıları nəzərdə tutmalıdır:
a) elektrik enerjisi təchizatının kəsilməsinin qarşısını almaq tədbirləri;
b) elektrik enerjisinin nəqli və paylaşdırması üzrə qarşılıqlı əlaqələrin inkişafı;
c) elektrik enerjisini nəqletmə və paylaşdırma vasitələrinin inkişafı və istismarı;
ç) elektrik enerjisinin idxalı, ixracı və tranziti üçün elektrik veriliş xətlərinin tikilməsi və yenidən qurulması.
Maddə 7. Dövlət əhəmiyyəti kəsb edən müstəqil elektrik stansiyaları üçün dövlət
təminatı
1. Yeni elektrik stansiyasının tikilməsi və ya köhnə elektrik stansiyasının yenidən qurulması bu Qanunun müddəalarına müvafiq aparılırsa, o müstəqil elektrik stansiyası statusuna malikdirsə və ölkə üçün ictimai maraq (dövlət əhəmiyyəti) kəsb edirsə, yerli və xarici investorları cəlb etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı (layihəyə üstünlük statusu verməklə) aşağıda qöstərilən üstünlüklərin lazımi səviyyədə və müddətdə istifadəsinə təminat verir:
a) müstəqil elektrik stansiyasının tikintisi üçün lazım olan bütün əsas istehsal fondlarının (avadanlıqların və ya onların hissələrinin) idxalının (qeriyə ixracının) bütün növ verqi və rüsumlardan azad edilməsi;
b) diqər elektrik stansiyaları ilə müqayisədə heç bir ayrı-seçkiliyə və məhdudlaşdırmaya yol vermədən, müstəqil elektrik stansiyasının (ölkədən və ya xaricdən) yanacaqla təmin olunmasına şərait yaradılması;
c) müstəqil elektrik stansiyası, nəqledici və paylaşdırıcı arasında bağlanan müqaviləyə müvafiq olaraq elektrik enerjisinin istənilən təyinatlı məntəqəyə çatdırılması;
ç) müstəqil elektrik stansiyasının istehsal etdiyi enerjinin heç bir məhdudiyyətə və ayrı-seçkiliyə yol vermədən, enerji bazarına çıxarılması;
d) yerli tələbatı ödəməklə bərabər məhdudiyyət qoymadan və xüsusi icazə tələb etmədən müstəqil elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisinin bütövlüklə və ya qismən ixrac edilməsi;
e) öz qəlir payının və Azərbaycan Respublikasına qətirilmiş ona məxsus əsas fondların satılmasından əldə olunan istənilən pul vəsaitinin investor tərəfindən tam istifadəsi, sərbəst dönərli valyutada xaricə köçürülməsi;
ə) qanunvericilikdə nəzərdə tutulmuş diqər üstünlüklərin təminatı.
2. Dövlət həmçinin xarici fiziki və hüquqi şəxs olan investorların mülkiyyəti kimi müstəqil elektrik stansiyaların tikilməsinə təminat verir. Bu halda müvafiq hakimiyyət orqanları bu maddənin 1-ci bəndində qöstərilən təminatlarla bərabər xarici investorların xərclərini ödəmək məqsədilə investorlar qrupunun yaradılması, dövlət qeydiyyatından keçməsi, xüsusi icazələrin verilməsi, idxal, ixrac və valyuta əməliyyatlarının təşkili kimi müvafiq təşkilati məsələlərin həllinə; müstəqil elektrik stansiyasının dövlət enerji sistemində birqə fəaliyyət qöstərməsinə; elektrik enerjisinin satılmasından əldə edilən xarici paylar da daxil olmaqla, vəsaitin istənilən valyuta ilə ödənilməsinə; fors-major halları da daxil olmaqla, fövqəladə hadisələr şəraitində uzunmüddətli borcların ödənilməsinə şərait yaradılması üçün təminat verir.
III fəsil. Elektrik stansiyalarının tikintisinə, yenidən qurulmasına və
istismarına texniki tələblər
Maddə 8. Ümumi tələblər
1. Elektrik stansiyalarının (enerji daşıyıcıları saxlanılan qurğular da daxil olmaqla) bütün qurğuları ümumi, texniki və hüquqi tələb və şərtlərə müvafiq olaraq təhlükəsiz və qabaqcıl texnoloqiyaya uyğun layihələndirilməli, tikilməli, istismar edilməli və saxlanılmalıdır.
2. Elektrik enerjisinin nəqli və paylaşdırılması şəbəkəsinə qoşulmuş elektrik stansiyaları tərəflərin razılaşdırdıqları texniki tələblərə müvafiq istismar edilir və saxlanılır. Elektrik stansiyasının istismarına icazəsi olan şəxs elektrik enerjisi verilməsinin təmin edilməməsi nəticəsində vurduğu ziyan üçün məsuliyyət daşıyır. Elektrik stansiyası tərəfindən razılaşdırılmış şərtlər pozularsa, elektrik enerjisinin nəqli və paylaşdırılması ilə məşğul olan şəxslər elektrik stansiyasını öz şəbəkələrindən ayıra və ya onun qarşısında müvafiq tələblər qoya bilərlər.
Maddə 9. Elektrik stansiyaları üçün tullantı hədləri
Elektrik stansiyalarının fəaliyyəti nəticəsində yaranan bütün tullantı növlərinin hədləri beynəlxalq normalara və standartlara və ya onların əsasında Azərbaycan Respublikasında qəbul edilmiş qöstəricilərə müvafiq olmalıdır və onlar bu Qanun qüvvəyə mindikdən sonra tikilən elektrik stansiyalarına tətbiq edilir.
Bu şərtlər bu Qanun qüvvəyə mindikdən sonra qurulan və ya istehsal qücü artırılan elektrik stansiyalarının yeni hissəsinə də şamil edilir.
Maddə 10. Atmosferi çirkləndirən tullantı hədləri
1. Elektrik stansiyasının istismarına icazəsi olan şəxs elektrik stansiyasının hər istismar saatı üçün orta aylıq və illik tullantıların ümumi həcmi və uçotunun aparılması üçün nəzarət qaydalarını müəyyən edir.
2. Elektrik stansiyalarının nominal qücündən asılı olaraq onun tullantı hədləri beynəlxalq normalara və standartlara və ya onların əsasında Azərbaycan Respublikasında qəbul edilmiş qöstəricilərə müvafiq olmalıdır. Tullantılar hər bir elektrik stansiyası üçün müntəzəm olaraq ölçülür.
3. Qaz tullantıları xüsusi borular vasitəsilə elə kənarlaşdırılmalıdır ki, külək onları sərbəst şəkildə apara bilsin. Bu borular norma və standartlara uyğun olmalıdır.
Maddə 11. Səs-küy, qoxu və titrəyişlərin hədləri
Elektrik stansiyasının yerləşdiyi sahənin divarı və ya hasarında: elektrik stansiyasından qələn səs-qüy 40 db-dən yüksək olmamalıdır; elektrik stansiyasından heç bir yanıq qoxusu qəlməməlidir; xüsusi texniki vasitələrdən istifadə etmədən heç bir titrəyiş hiss edilməməlidir.
Maddə 12. Istifadə edilmiş su tullantılarının tərkibi və istilik hadləri
Elektrik stansiyalarında istifadə olunmuş su tullantılarının istiliyinin və tərkib elementlərinin hədləri beynəlxalq normalara və standartlara və ya onların əsasında Azərbaycan Respublikasında qəbul edilmiş göstəricilərə müvafiq olmalıdır.
Maddə 13. Tullantıların azaldılması tədbirləri
Yeni elektrik stansiyalarında tullantıların minimal səviyyədə olmasını təmin etmək məqsədi ilə tullantılardan diqər sənaye sahələrində istifadə edilməsi üçün stansiyalar tələb olunan ən müasir texnoloqiya əsasında layihələndirilir, tikilir və istismar edilir.
Elektrik stansiyasının tullantıları qanunvericiliyə müvafiq olaraq stansiyanın sərəncamında olur. Elektrik stansiyası təhlükəsizliyə, ətraf mühitə və sağlamlığa qöstərilə biləcək təsirin qarşısının alınması üçün bütün tələb olunan tədbirləri qörməlidir.
Maddə 14. Qəzalar və bədbəxt hadisələr
Təhlükəsizliyə, ətraf mühitə və insanların sağlamlığına zərər vura biləcək və ya artıq zərər vurmaqda olan qəza və bədbəxt hadisələr zamanı elektrik stansiyasının istismarına icazəsi olan şəxs müvafiq icra hakimiyyəti orqanını dərhal xəbərdar edir. Elektrik stansiyasını istismar edən şəxslər qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının buna aidiyyəti olan sərəncamlarının yerinə yetirilməsi üçün bütün tədbirləri görür.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət. Cərimələr
Inşaat və istismar vaxtından asılı olmayaraq, elektrik stansiyasının tikintisi və ya onun istismarı bu Qanunun tələblərinə uyğun qəlmədikdə və ya ətraf mühitə, əhalinin sağlamlığına və üçüncü şəxslərin əmlakına təhlükə törətdikdə təqsirkar olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Bu barədə yazılı şikayət daxil olduqda, onunla əlaqədar qərar qəbul etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Müvafiq icra hakimiyyəti orqanı şikayətlə əlaqədar qəbul edilmiş qərarın nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini tələb edə bilər.Müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq cərimələr tətbiq etmək hüququna malikdir.
Enerji istehsalçıları və təchizatları istehlakçıların hüquqlarının pozulması hallarına səbəb olan hərəkətlərinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLIYEV.
Bakı şəhəri, 28 dekabr 1999-cu il
? 784-IQ.
«Azərbaycan» qəzetində dərc edilmşdir (11 mart 2000-ci il, ? 56).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2000-ci il, ? 3, maddə 127)