AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 254
Bakı şəhəri, 9 iyun 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 490) ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyadan (bundan sonra - Komissiya) əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna "Azərişıq" ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin "Azərişıq" ASC-nin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində "Azərişıq" ASC-nin ƏDV-nin depozit hesabından "Azərenerji" ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.";
1.2. 2.4-cü bənddə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyaya (bundan sonra - Komissiya)" sözləri "Komissiyaya" sözü ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
"2.4-1. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində "Azərişıq" ASC tərəfindən "Azərenerji" ASC-dən alınmış elektrik enerjisinin dəyəri üzrə qalıq borcun "Azərenerji" ASC-nin xüsusi bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən "Azərişıq" ASC və "Azərenerji" ASC tərəfindən təsdiq edilmiş üzləşmə aktı daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən "Azərişıq" ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığı "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin "Azərişıq" ASC-nin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində "Azərişıq" ASC-nin ƏDV-nin depozit hesabından "Azərenerji" ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.";
1.4. 2.5-ci bənddə "və 2.4-cü" sözləri ", 2.3-1-ci, 2.4-cü və 2.4-1-ci" sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
"3.3-1. Komissiyadan bu barədə müraciət daxil olduğu təqdirdə müvəkkil bank tərəfindən hesabat ayının son 5 iş günü (və ya iş günlərindən biri və ya bir neçəsi) ərzində bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xüsusi bank hesabına və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına məbləğlərin köçürülməsi həmin müraciətdə nəzərdə tutulan xüsusi çəkiyə və ya məbləğə uyğun həyata keçirilir.";
1.6. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
"3.4-1. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində "Azərenerji" ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, "Azneft" İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun dəyəri üzrə qalıq borcun müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən "Azərenerji" ASC və müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azneft" İstehsalat Birliyi və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən təsdiq edilmiş üzləşmə aktları daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalıq məbləğinin 85 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin, 5 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesablarına, 10 faizi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq müvəkkil bank tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğinin "Azərenerji" ASC-nin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində "Azərenerji" ASC-nin ƏDV-nin depozit hesabından müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin, "Azneft" İstehsalat Birliyinin və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ƏDV-nin depozit hesablarına köçürülməsini təmin edir.";
1.7. 3.5-ci bənddə "və 3.4-cü" sözləri ", 3.3-1-ci, 3.4-cü və 3.4-1-ci" sözləri ilə əvəz edilsin;
1.8. 4.6-cı bənddə "25" rəqəmi "15" rəqəmi ilə əvəz edilsin;
1.9. aşağıdakı məzmunda 4.7-1-ci bənd əlavə edilsin:
"4.7-1. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyindən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən "Azəriqaz" İstehsalat Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş üzləşmə aktı daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin "Azəriqaz" İstehsalat Birliyinin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində "Azəriqaz" İstehsalat Birliyinin ƏDV-nin depozit hesabından "Azərenerji" ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.";
1.10. 4.8-ci bənddə "və 4.7-ci" sözləri ", 4.7-ci və 4.7-1-ci" sözləri ilə əvəz edilsin;
1.11. 4.9-cu bənddə "50" rəqəmi "15" rəqəmi ilə, "60" rəqəmi "40" rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 2017-ci il iyunun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə