AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 289
Bakı şəhəri, 24 avqust 2015-ci il
"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 2.7-ci və 14.3-cü bəndlər əlavə edilsin:
2.7. | "Elektron məhkəmə" informasiya sistemi |
14.3. | Müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı |
2. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
6.1. | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemi |
3. 6.2 - 6.4-cü bəndlər ləğv edilsin.
4. 32-ci hissədə və 32.1-ci bənddə "Bakıelektrikşəbəkə" sözü "Azərişıq" sözü ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 34 - 38-ci hissələr əlavə edilsin:
| 34. Müdafiə Nazirliyi üzrə |
34.1. | Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi |
| 35. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə |
35.1. | "Tələbə-məzun" dövlət elektron məlumat sistemi |
| 36. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə |
36.1. | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi |
| 37. Mərkəzi Bank üzrə |
37.1. | Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri |
| 38. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə |
38.1. | Ailə tərkibi və təsərrüfatı barədə məlumatlar |
38.2. | Qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar |
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə