“Azərişıq” ASC göstərilən xidmətlərin istehlakçlara əlçatan olması və operativliyin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu xidmətlərdən biri də abonentlərin elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulmasının təmin edilməsidir. Həmin məqsədin icrasının surətləndirilməsi üçün Cəmiyyətin www.azerishiq.az internet səhifəsində “Elektrik şəbəkəsinə qoşulma” və “Elektron işıq portalı” elektron bölmələri yaradılmışdır. Həmin bölmələrdə, ETŞ-yə qoşulma üçün müraciət etmə qaydaları, müraciətlərin icra mexanizmləri (daxili qaydalar), o cümlədən tələb olunan sənədlərin siyahısı barədə məlumatlar öz əksini tapır.
Cəmiyyət tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə Elektron Hökümət Portalına inteqrasiyası davam etdirilir, elektron platforma üzərindən “online” qəbul və nəzarət sistemi tətbiq edilir. Belə ki, istehlakçılar “e-gov.az” və ya “e-service.azerishiq.az” saytından onlayn qaydada müraciət etməklə Cəmiyyətin bir çox elektron xidmətlərindən yararlana bilərlər. Elektrik təchizatı şəbəkəsinə qoşulmanın istehlakçılara daha rahat və əlçatan olması üçün sahibkarlıq subyektlərinin ETŞ–yə elektron şəkildə qoşulması prosedurları üzrə video təlimat hazırlanmış, “Azərişıq” ASC-nin rəsmi səhifəsinə yüklənmiş və sosial şəbəkələrdə olan səhifələrində yayımlanmışdır.
Digər xəbərlər
- Təmir işləri ilə əlaqədar Yasamalın bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 19 Oktyabr 2026
- "Azərişıq" ASC-nin əməkdaşları Türkiyədə keçirilən beynəlxalq Peşə Ustalığı Yarışında birinci yerə layiq görülüblər 13 Oktyabr 2026
- Ağdaş, Goranboy və Yevlaxın bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 23 Avqust 2026
- Təmir işləri ilə əlaqədar Yasamal, Nizami və Binəqədi rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Oktyabr 2026