“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
İmişli və Füzuli rayonları elektrik şəbəkəsi ərazisində də yenidənqurma işləri davam edir.
Layihə çərçivəsində İmişli rayonunun Mirli kəndində 5 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq. Artıq bunlardan 2-si istismara verilib. 8 km-ə yaxın 0,4 kV-luq, 2 km-dən çox 10 kV-luq xətlər yenilənib. Ümumilikdə isə yenilənəcək 0,4 kV-luq elektrik xətti 13 km-dən, 10 kV- luq elektrik xətti isə 18 km-dan çox olacaq. Mirli kəndinin 188 abonent var.
İmişlinin Qaravəlli kəndində isə 7 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq.14 km-dən çox 0,4 kv-luq, 15 km-ə yaxın 10 kV-luq elektrik xətləri yeninələcək. Qaravəlli kəndinin 212 abonenti var.
İmişli ilə yanaşı Aran RETSİ-nin ərazisində yerləşən Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də yenidənqurma işləri həyata keçirilir.
İlk məqsəd işğaldan azad edilmiş bu ərazidə “N” saylı hərbi hissəyə yeni elektrik xəttinin çəkilişi həyata keçirilir. Layihə çərçivəsində hərbi hissəyə yeni 35/0,4 kilovoltluq hava verilişi xətti çəkilir.
Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kilovoltluq yarımstansiyadan götürən bu xəttin uzunluğu 22 km-dir.
Qeyd edək ki, ərazi təhlükəli olduğundan öncə minadan təmizləmə işləri aparılıb.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.
Digər xəbərlər
- "Azərişıq" Tovuzda yenidənqurma işlərini davam etdirir 08 Avqust 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024
- Azərbaycanda Elektrik Təchizatı Sahəsində Aparılan İslahatların Təsiri və Əhəmiyyəti 26 Noyabr 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024