Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçısından satın aldığı elektrik enerjisinin haqqının elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş müddətdə və həcmdə müəyyən olunmuş tarif qiymətinə uyğun ödənilməsi öz əksini tapmışdır.
Respublikanın müxtəlif ərazilərində yerləşən əhali və qeyri-əhali istehlakçılarının elektrik uçot cihazlarının istismar müddətinin nəzarətdə saxlanılmaqla mütəmadi yoxlanılması, istismar müddəti bitmiş elektrik sayğaclarının yeni smart tipli müasir standartlara cavab verən sayğaclarla əvəz olunması tədbirləri icra edilir ki, bu da elektrik enerjisinin uçotunun təkmilləşdirilməsinə və keyfiyyət göstəricilərinin normaların tələbləri çərçivəsində saxlanılmasına köməklik göstərir.
Eyni zamanda, qeyd olunanlarla yanaşı topdan alınmış və istehlakçılara enerji təchizatı müəssisəsi tərəfindən pərakəndə satış tarifləri ilə satılan elektrik enerjisinin haqqının “Qaydalar”da nəzərdə tutulmuş müddət ərzində ödənilməsi və istehlakçılarla hesablaşmalarda əvvəlcədən ödənişli elektrik uçot cihazlarının quraşdırılması həm istehlakçılara həm də enerjitəchizatı müəssəsi üçün effektiv nəticə əldə olunmasına xidmət edir. Belə ki, bu zaman elektrik enerjisindən daha da qənaətlə istifadə olunmaqla, debitor borc yaranmaması tərəflərin maraqlarını təmin edir.
Ümumilikdə “Azərişıq” ASC-nin fəaliyyəti dövründə istehlakçılara pərakəndə satış tarifləri ilə satılan elektrik enerjisinin dəyərinin yığımı yüksək səviyyədə təşkil olunmaqla, yaranan debitor borcların hər il azalan xətt üzrə dinamika göstərməsi bu sahədə görülən tədbirlərinin göstəricisidir.
Digər xəbərlər
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026