“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətində istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsini həmişə rəhbər tutur. Enerji təchizatı sahəsində istehlakçıların hüquqlarının qorunması, elektrik enerjisinin əlçatanlığının təmin edilməsi istiqamətində Cəmiyyət müntəzəm işlər həyata keçirir.
Bu məqsədlə elektrik enerjisi təchizatının, onun funksiyalarının, habelə əsas xüsusiyyətlərinin istehlakçılara aydın təsvir edilməsi məqsədilə “Elektron Məlumat Kitabçası” (Handbook) hazırlanmış, Energetika Nazirliyinin və “Azərişıq” ASC-nin rəsmi saytında yerləşdirilmişdir. (Link əlavə olunur: https://azerishiq.az/upload/files/jurnal/Elektron_kitab.pdf)
Cəmiyyətin əsas prioritetlərindən biri hesab edilən istehlakçıların müraciətlərinin, o cümlədən enerji təchizatı ilə bağlı yaranan məsələlərin operativ və tez bir zamanda həll edilməsi, məmur abonent təmasının aradan qaldırılması, şəffaflığın artırılması məqsədilə hazırlanan bu kitabça üç bölmədən ibarətdir və istehlakçıların maarifləndirilməsi məqsədilə hazırlanmışdır :
Elektrik enerjisi təchizatının təsviri
Elektrik enerjisi təchizatının funksiyalarının təsviri
Elektrik enerjisi təchizatının əsas xüsusiyyətləri (şəffaflıq,müstəqillik)
Kitabçada elektrik enerjisi təchizatı ilə bağlı istehlakçıları maraqlandıran əsas məqamlar şərh olunmuş, həmçinin istinad linkləri qoyulmuşdur. Elektrik enerjisi təchizatının şəffaf və operativ şəkildə icrası üçün bu sahədə mövcud olan qanunvericilik və prosedurlar barədə məlumatlar verilmişdir.
Elektrik enerjisi təchizatı sektoru energetika sahəsinin digər sektorları ilə, habelə iqtisadiyyatın digər sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bu baxımdan sözügedən kitabçanın sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçılar üçün də əhəmiyyəti böyükdür.
Digər xəbərlər
- Elektrik enerjisi itkilərinin azaldılması əsas hədəflərimizdəndir. 09 Fevral 2024
- "Azərişıq" Tovuzda yenidənqurma işlərini davam etdirir 08 Avqust 2024
- İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. 01 Mart 2024
- Səhmdar Cəmiyyətdə biznesin inkişafına yönələn tədbirlər həyata keçirilir 05 Avqust 2024
- Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 29 Mart 2024