İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması “Azərişıq” ASC-nin hədəflərindən biridir. Enerji təchizatı sahəsində istehlakçıların maarifləndirmə işinin aparılması Səhmdar Cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanılır və vaxtaşırı olaraq media və sosial şəbəkələrdə də bu istiqamətdə təşviqat işləri aparılır.
Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən elektrik enerjisinin istehlakı ilə yanaşı, istehlak olunan elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi də abonentlərin diqqətinə çatdırılır. İstehlakçılara istifadə edilən elektrik enerjisinin dəyərini vaxtında ödənilmədiyi halda elektrik enerjisi verilişinin dayandırılacağına dair bildiriş - xəbərdalıq təqdim olunur.
Buna, Azərbaycan Respublikasının 11 aprel 2023-cü il tarixli, 858 nömrəli “Elektroenergetika haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri enerji təchizatı müəssisəsinə hüquqi əsas verir.
Bu istiqamətdə istehlakçıların maarifləndirilməsi tədbirləri mütəmadi xarakter daşıyır.
Digər xəbərlər
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Culfada fermer və sahibkarlarla görüşüb 26 Sentyabr 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026