İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması “Azərişıq” ASC-nin hədəflərindən biridir. Enerji təchizatı sahəsində istehlakçıların maarifləndirməsi işinin aparılması Səhmdar Cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanılır, vaxtaşırı olaraq media və sosial şəbəkələrdə bu istiqamətdə təşviqat işləri aparılır.
Bu maarifləndirmə tədbirlərində abonentlərin istehlak etdikləri elektrik enerjisi haqqlarının vaxtında ödənilməsi mühim əhəmiyyət kəsb edir. İstehlak edilən elektrik enerjisi haqqının vaxtında ödənilməməsinə görə normativ hüquqi sənəndlərin tələblərinə uyğun hansı tədbirlər görüləcəyi barədə məlumatlar abonentlərin diqqətinə çatdırılır. Eyni zamanda istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilmədiyi halda elektrik enerjisinin verilişinin dayandırılacağına dair bildiriş - xəbərdalıq təqdim olunur.
Bu tədbirin həyata keçirilməsinə Azərbaycan Respublikasının 11 aprel 2023-cü il tarixli, 858 nömrəli “Elektroenergetika haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri enerji təchizatı müəssisəsinə hüquqi əsas verir.
Bu istiqamətdə istehlakçıların maarifləndirilməsi tədbirləri mütəmadi xarakter daşıyır.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Yasamal, Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026