“Azərişıq” ASC və KİVDF tərəfindən jurnalistlər üçün təşkil olunan təlimlərə yekun vurulmuşdur!
Sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədi ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün təşkil olunan təlimlərə yekun vurulmuşdur. Təlimlərdə jurnalistlər energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyəti ilə tanış olmuş, onlara həyata keçirilən layihələr, mövcud yarımstansiyalar, elektrik veriliş xətləri haqqında ətraflı məlumat verilmişdir. Təlimlərin yekununda media nümayəndələri üçün Yarımstansiya muzeyi və Yeni Yaşma Külək Elektrik Parkına ekskursiyalar təşkil edilmişdir.
Təlimləri uğurla başa vuranlar layihənin “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsi mərhələsinə buraxılmışdır.
Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçiriləcək. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən ediləcək və birinci yer üzrə qalib 1000 manat, ikinci yer 700 manat, üçüncü yer 500 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaq.
Sənəd qəbulu 10 oktyabr 2020-ci il saat 10:00-dan başlanır və 16 oktyabr 2020-ci il saat 17:00-da bitir.
Daha ətraflı məlumat www.kivdf.gov.az və www.azerishiq.az saytlarında yerləşdirilmişdir.
Qaydalarla tanış olmaq üçün bura daxil olun.
Qeydiyyatdan keçmək üçün bura daxil olun.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Yasamal, Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 Avqust 2026
- Bakı və İsmayıllının bu ərazilərində fasilə yaranacaq 30 İyul 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026