“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara 90 min manat, Böyük Vətən müharibəsi iştirakçılarına 85 min manat, həlak olmuş döyüşçülərin dul arvadlarına 60 min manat, Sovet ittifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə 50 min manat, sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 30 min manat, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRi Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili işlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 25 min manatşəhid ailəsi üzvlərinin hər birinə 30 min manat, çernobıl qəzası əlillərinə, 20 Yanvar əlillərinə, sosial pensiyaçılara, I və II qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla) 20 min manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara 15 min manat məbləğində aylıq müavinət müəyyən olsun.
2. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara müalicə üçün ildə bir dəfə 500 min manat məbləğində vəsait ödənilsin.
3. Işləməyən əmək pensiyaçılarının (III qrup əlillərdən başqa) pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddi (bu Fərmanla müəyyən olunan müavinətlər istisna olmaqla) 70 min manata çatdırılsın.
4. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilənədək ölkənin ali və orta peşə-ixtisas təhsil müəssisələrinin ödənişli bölmələrinə daxil olan və qanunvericiliyə uyğun olaraq təhsil ödəməkdən azad edilən şəxslər təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azaddırlar.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın: bu Fərmanla müəyyən olunmuş müavinətlərin vətəndaşlara verilməsi mexanizmini 15 gün müddətində hazırlayıb təsdiq etsin və bununla bağlı əhalinin məlumatlandırılması üçün müvafiq tədbirlər görsün; məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasını müəyyən etsin; mövcud dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi barədə 3 ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. “pedaqoji işçilərin, ahıl vətəndaşların, sosial pensiyaçıların, çernobıl qəzası əlillərinin, birinci və ikinci qrup əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci ml 17 iyun tarixli 597 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilsin
Fərmanın adı aşağıdakı redaksiyada verilsin:
“pedaqoji işçilərin və ahıl vətəndaşların sosial müdafiəsi haqqında”.
Preambula hissəsində “pedaqoji işçilərin, ahıl vətəndaşların, sosial pensiyaçıların, çernobıl qəzası əlillərinin, birinci və ikinci qrup əlillərin” sözləri “pedaqoji işçilərin və ahıl vətəndaşların” sözləri ilə əvəz edilsin.
1-ci bəndin üçüncü abzasından “sosial pensiyaçılara, çernobıl qəzası əlillərinə, birinci və ikinci qrup əlil vətəndaşlara (qeyri-vergi güzəştləri saxlanılanlar istisna olmaqla) 14 min manat” sözləri çıxarılsın. 7. Bu Fərman 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minir.
Heydər ƏLiYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2001-ci il 613
“Azərbaycan” qəzetində dərc edilmişdir(27 dekabr 2001-ci il, 296) “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda dərc edilmişdir (31 dekabr 2001-ci il, 12, maddə 759) 27 sentyabr 2003-cü il tarixli, 921nömrəli; 26 dekabr 2002-ci il tarixli, 833 nömrəli fərmanlara əsasən əlavələr və dəyişikliklərlə