Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan saat 15:00-dək Masallıda şəhər ərazisinin bir hissəsi, eləcə də Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026
- Bakı və Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 22 İyun 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar Bakıda və Sumqayıtda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 08 Oktyabr 2026