Prosedurların azaldılması sahibkarların işini asanlaşdırıb
“Azərişıq” ASC tərəfindən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsinin bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosudurların 7-dən 3-ə salınması və şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsi mart ayı ərzində müsbət mənada öz təsirini göstərib. Belə ki, mart ayında bayram günlərinin sayının çoxluğuna, daha dəqiqi cəmi 19 gün iş günü olmasına baxmayaraq 318 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət edib.
Mart ayı ərzində sahibkarlarla yanaşı əhali abonentlər də asanlaşma prosesinin bütün bölgələrə əhatələnməsindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar. Belə ki, mart ayının 19 iş günü ərzində 2972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət edib.

Ümumilikdə isə mart ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 11 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu)13 minə yaxın müraciət olunub.
Digər xəbərlər
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026