Müasir texnologiyaların paylayıcı şəbəkəyə tətbiqi debitor borcların azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Debitor borcların azaldılması istiqamətində mühüm bir addım müasir texnologiyaların tətbiqi kimi sms-smart sayğacların quraşdırılması işinin sürətləndirilməsidir. Belə sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Ən başlıcası isə istehlakçı karta yüklədiyi vəsait miqdarında elektrik enerjisi alır və əgər onun borcu mövcuddursa, vəsaitin bir hissəsi həmin borcun ödənilməsinə yönəlir.
Debitor borcların azaldılması istiqamətində görüləcək tədbirlərdən biri də rəqəmsal şəbəkədə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqidir. Rəqəmsal şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti, yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır.
Müasir texnologiyaların və innovativ metodların tətbiqi istiqamətində Cəmiyyət tərəfindən işlərin ardıcıl davam etdirilməsi gələcək dövrlər üçün debitor borcların minimuma endirilməsinə zəmin yaratmaqla, şəbəkənin inkişafına müsbət təkan vermiş olacaqdır.
Növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, quraşdırılan sayğaclar arasında rəqəmsal – smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların azaldılması istiqamətində Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır.
Smart sayğacların üstünlükləri barədə Cəmiyyət tərəfindən istehlakçılar arasında davamlı olaraq maarifləndirmə işləri aparılır.
Digər xəbərlər
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul edib 20 İyul 2026
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026