Cəmiyyətin əsas strateji məqsədi paylayıcı şəbəkənin təkmilləşdirilməsi və qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək davamlı inkişafın, istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasından ibarətdir.
Cəmiyyət əsas strateji məqsədini həyata keçirərkən görülən iş və yeniliklərlə bağlı media və sosial şəbəkələr vasitəsilə vətəndaşları məlumatlandırır.Vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində işlər aparılır,istehlakçıların bu sahədə olan problemlərinə qayğı ilə yanaşılır onların tez bir zamanda həllinə çalışlır.
Bu məqsədlə, Cəmiyyətin “199” Çağrı Mərkəzində vətəndaş problemlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə “ticketing” sistemi yaradılmışdır. Bu da vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına kömək edir.
Şikayət və müraciətlər Çağrı Mərkəzi, sosial şəbəkə,whatsapp vasitəsilə və elektron müraciət formasında daxil olur,bir-bir araşdırılır və aktlaşdırılır, problemli məsələlər rəhbərliyə təqdim olunur. Abonent məmnuniyyəti və düzgünlük bizim ən vacib öhdəliyimizdir. Sosial şəbəkələrə daxil olan şikayətlər araşdırılıb, həll olunması üçün “Şikayət və müraciətlərin araşdırılması” bölməsinə göndərilir. Cəmiyyətlə bağlı social şəbəkələrdə yayılan bütün məlumatlar gücləndirilmiş şəkildə izlənilir və cavablandırılır. Çağrı Mərkəzinə daxil olan zənglər dinlənilərək Mərkəzin operatorlarının, habelə “Şikayət vəMüraciətlərin araşdırılması” bölməsinin əməkdaşlarının icra etdiyi işi müvafiq meyarlar üzrə qiymətləndirilir, həmçinin,görülən işlərin hesabatı aparılır.
Elektirik enerjisinin təmini ilə əlaqədar müştərilərin üzləşdiyi məsələlər və problemlərinin operativ həlli ilə bağlı, “199 Çağrı Mərkəzi”nə zəng zamanı ayrıca olaraq, “Audio təklif və şikayət” düyməsi aktivləşdirilmişdir.Bu düymə vasitəsilə abonentlər artıq öz sorğularını səsli şəkildə də göndərə biləcəklər.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026