Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin dayanıqlılığının təmin edilməsi, bu sahədə infrastrukturun daha da yaxşılaşdırılması, istehlakçıların enerji təchizatının səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənəcək. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməli və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Digər xəbərlər
- Ağıllı (smart) sayğacların tətbiqi elektrik enerjisi itkilərinin azaldılması istiqamətində mühüm addımlardan biridir 22 İyun 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- İyulun 16-da paytaxt və Lənkəranın aşağıda adı çəkilən ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 15 İyul 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar Bakıda və Sumqayıtda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 12 Oktyabr 2026