14-25 sentyabr 2019-cu il tarixlərində Qazaxıstan Respublikasının Kızılorda şəhərində keçirilmiş “MDB ölkələri üzrə 10/0,4 kV paylayıcı şəbəkə personalı arasında XIV Beynəlxalq Peşə Ustalığı yarışlarında “Azərenerji” və “Azərişıq” ASC-nin istismar sahəsi üzrə əməkdaşları da iştirak etmişlər.

 

Burada, 10 kV və 0.4 kV hava və kabel xətlərinin yoxlanması, açma-qoşma əməliyyatlarının aparılması qaydaları, komplekt transformator məntəqələrinin təmirə çıxarılması, təmiri və təmirsonrası yoxlanılması, paylayıcı şəbəkələrdə 3D - virtual trenajoru ilə baxış keçirilərək qüsurların aşkarlanması,  keçid izolyatorunun dəyişdirilməsi, zərərçəkənin xilas edilməsi, ilk tibbi yardım və s. kimi aktual mövzular öz əksini tapmışdır.

 

Ümumilikdə, MDB üzrə 8 ölkənin: Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Özbəkistan və Belarusiyanın iştirak etdiyi XIV Beynəlxalq Peşə Ustalığı Yarışlarında 7 müxtəlif mərhələlər üzrə bütün nominasiyalarda Azərbaycan komandası ilk dəfə bu növ yarışlarda iştirak etməsinə baxmayaraq, 3-cü fəxri yerə layiq görülmüşdür.

 

 

Digər xəbərlər