“Azərişıq” ASC yaradıldığı bir il ərzində ölkəmizin bütün regionlarında sürətli yenidənqurma işləri həyata keçirir. Paytaxt Bakı və eləcə də respublikamızın bütün rayon elektrik şəbəkələrində maddi-texniki baza kökündən dəyişib. Göyçay və Ucar rayonlarında da texniki təminat sahəsində ciddi tədbirlər görülüb.

 

     "Azərişıq” ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyəti qısa müddət ərzində hərtərəfli təhlil edilib. Ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət Proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerji ilə təchiz edilməsi üçün yeni təşkil olunan 7 region üzrə 4 hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanıb tətbiq edilib. Bu müddət ərzində Mərkəzi Aran regionunun Göyçay və Ucar rayonlarında  6 ədəd 35 kV-luq yarımstansiyada təmir edilərək istismara verilib. Bu tədbirlər ölkəmizin bütün şəhər və rayonlarında aparılıb. Göyçay rayonunda 187 ədəd, Ucar rayonunda isə 105 ədəd TM və KTM-də təmir işləri görülüb. Bu rayonlarda Azərişıq ASC tərəfindən 70 kilometrdən  çox 10 kilovoltluq hava xətti çəkilib, 273  ədəd dayaq quraşdırılb, 96 km özünüdaşıyan izolyasiyalı SİP kabelləşməsi aparılıb. Hər iki rayonun ərazisində 2621  abonentə  saygac quraşdırılıb. Bununla da xoşagəlməz hadisələrin qarşısı alınıb və aparılan yenidənqurma işləri texniki itkiləri minimum səviyyəyə endirib. Ucar rayonunda şəbəkənin əməkdaşları üçün yeni inzibati bina tikilib.Yeni ofis binasının iş otaqları energetika sahəsinə aid  avadanlıqlarla  bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi  otaqlar yaradılıb. Yeni binanın istifadəyə verilməsinin rayon sakinləri üçün çox böyük əhəmiyyəti var. “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 28 rayonda yeni inşa olunmuş inzibati binalar istifadəyə veriləcək.

 

 

Digər xəbərlər