
Quba rayonunda sayğacın göstəricisinə müdaxilə edilib, elektrik xəttini ağacın içindən keçiriblər.
Xezerxeber.az-ın məlumatına görə, Quba rayonunda elektrik enerjisindən istifadə qaydalarını pozaraq qeyri qanuni, sayğacdan kənar qoşulmalara yol verən istehlakçılara qarşı yoxlamalar aparılıb. Rayonun İspik kəndində qayda pozanlar aşkarlanıb. Saygacdan kənar elektrik xətti çəkərək enerjidən istifadə ediblər.
Yoxlamalar zamanı 9 qayda pozuntusu aşkar olunub. Bunlardan 8-i kənar xətt, 1-i isə elektrik sayğacının hesablama mexanizmini xüsusi magnit vasitəsilə süni şəkildə dayandırılması faktı olub.
Tülər, Tüləkəran və Bağbanlı kəndlərində də belə hallar müşahidə olunub.
Belə yoxlamaların rayon ərazisində davam etdiriləcəyi bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Digər xəbərlər
- Şamaxı və Masallının kəndlərində yenidənqurma işlərinə başlanılıb. 10 Fevral 2022
- Prezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib 10 İyun 2022
- Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 24 Yanvar 2022
- Şamaxının Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 25 May 2022
- Şəki və Neftçalanın kəndlərində yenidənqurma işlərinə başlanılıb. 26 Yanvar 2022