
“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
Layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.
Görüləcək işlər çərçivəsində ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.
Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.
Digər xəbərlər
- Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 24 Yanvar 2022
- Tədris və İnnovasiyalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib. 16 Mart 2022
- "Qarabağın gündəliyi" verilişində "Azərişıq" ASC tərəfindən Qarabağda görülən işlər haqqında 26 Aprel 2022
- Şamaxı və Masallının kəndlərində yenidənqurma işlərinə başlanılıb. 10 Fevral 2022
- Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 06 Aprel 2022