
“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma nəticəsində 363 abonenti olan Aşağı Göynük kəndində 14 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 33 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.
Şəkinin Aşağı Daşağıl kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 142 abonenti olan kənd ərazisində 4 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 11 km-dan çox 10 kV-luq, 9 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.
Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndləri ilə yanaşı, rayonun Baş Zəyzid və Şirinbulaq kəndlərində də yenidəqurma işləri başa çatıb. Ümumilikdə 1800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Digər xəbərlər
- "Qarabağın gündəliyi" verilişində "Azərişıq" ASC tərəfindən Qarabağda görülən işlər haqqında 26 Aprel 2022
- Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 24 Yanvar 2022
- Tədris və İnnovasiyalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib. 16 Mart 2022
- Prezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib 10 İyun 2022
- Şamaxının Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 25 May 2022