"Azərişıq" ASC tərəfindən vətəndaş məmnuniyyətinin artırılması və informasiya əlçatanlığının daha da genişləndirilməsi məqsədilə daim innovativ və texnoloji yeniliklər tətbiq olunur. Bu həllərə misal olaraq "Azərişıq" ASC-yə məxsus informasiya sistemlərinin SİMA yeni nəsil rəqəmsal imzaya inteqrasiyası həyata keçirilmişdir. Bu texnoloji yenilik enerji təchizatı şəbəkəsinə qoşulma istiqamətində əhəmiyyətlidir.
Belə ki, istehlakçılar artıq mövcud məkanı tərk etmədən enerji təchizatı şəbəkəsinə qoşulma müqaviləsini SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə təsdiqləmək imkanı yaranmışdır.
Növbəti mərhələdə isə enerji təhizatı şəbəkəsinə qoşulma, əhali və qeyri-əhali istehlakçılarının adının dəyişdirilməsi xidmətləri üzrə enerji alqı-satqı müqavilələrinin də SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiqlənməsi istiqamətində işlər aparılır.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026