
“Azərişıq” ASC-nin Şuşa şəhərini ilkin mərhələdə elektrik enerjisi ilə təchiz etməsi ilə bağlı görülən işləri özündə əks etdirən “Şuşa zülmətdən işığa” adlı yeni film hazırlanıb.
Xatırladaq ki, Müzəffər Ali baş Komandan, Cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq cəmi 37 gün ərzində Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib.
Filmdə 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan və 44 gün sonra Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Vətən müharibəsi dövründə qurumun fəaliyyəti, mina təhlükəsi, çətin relyef, qarlı qış günləri və s. bu kimi ağır şəraitə baxmayaraq cəsur əməkdaşların ən ağır şəraitdə fəaliyyətindən bəhs edilir.
“Şuşa zülmətdən işığa” filmində danışan “Azərişıq” əməkdaşları yolsuzluq və qarlı-çovğunlu hava şəraitində onların qarşılarına qoyulmuş vəzifənin öhdəsindən necə gəlmələri ilə bağlı danışıblar.
Digər xəbərlər
- Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 06 Aprel 2022
- "Qarabağın gündəliyi" verilişində "Azərişıq" ASC tərəfindən Qarabağda görülən işlər haqqında 26 Aprel 2022
- Laçın rayonunda 35 kV-luq yeni elektrik xətti çəkilib. 21 İyul 2022
- Şamaxının Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 25 May 2022
- Neftçala rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 03 Avqust 2022