“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib.  

“Tədris və İnnovasiyalar Mərkəzi – 10 il” adlı tədbirdə müəssisənin direktoru Araz Məmmədzadə keçən 10 il ərzində Tədris və İnnovasiyalar Mərkəzinin iş fəaliyyəti barədə ətraflı məlumat verib.  Daha sonra müəssisənin direktor müavini Etimad İsmayılov Tədris və İnnovasiyalar Mərkəzində bu dövr ərzində keçirilən layihələr haqqında danışıb.  Həmçinin Mərkəzin “Mühəndis Pedaqogikası” kafedrasının müdiri Samid İbrahimzadə müəssisədə keçirilən kurslarla bağlı informasiya verib. Tədbir zamanı Tədris və İnnovasiyalar Mərkəzi  ilə daha iki əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Mərkəz bundan sonra Bakı Peşə Hazırlığı Mərkəzi və “İndustrial Support and Training Services” MMC  şirkətini ilə əməkdaşlıq edəcək.


Digər xəbərlər