Elektrik təchizati şəbəkəsinə (ETŞ) qoşulmaları üzrə “Azərişıq" ASC tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılmasına, məmur-istehlakçı təmasının aradan qaldırılmasına yönəlməklə yanaşı, istehlakçıların müraciətlərinə qısa vaxt çərçivəsində baxılmasına imkan yaradır. Tətbiq edilən yeni elektron xidmətlər barədə istehlakçıların mütəmadi olaraq maarifləndirilməsi və məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydaların tətbiqi və elektron müraciət sistemində müraciətlərin sayının artırılması məqsədilə "Azərişıq" ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) daha da təkmilləşdirilmiş və əlçatanlıq təmin edilmiş, məmur-vətəndaş təması minimuma endirilmişdir. EMİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə inteqrasiya oluna bilməsidir. Eyni zamanda bu sistem “Azərişıq" ASC-nin daxili proseslərini avtomatlaşdırmaq, həmçinin müştəriyə göstərilən xidmətlərin keyfiyyətini artırmaq və operativ idarəetməni təmin etmək məqsədi daşıyır.
İstehlakçı, Elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı, yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapır.
"Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmana uyğun olaraq, bu sahədə bir çox işlər görülmüş, ümumi proseslər sadələşdirilmişdir. Həmçinin "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" Fərmana əsasən, sahibkarlar elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin əhatə dairəsi daha da genişləndirilmişdir.
“Azərişıq" ASC tərəfindən həyata keçirilən işlərin ictimaiyyətə çatdırılması mütəmadi olaraq davam etdirilir.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026