Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xətdində əsaslı təmir-bərpa işləri aparıldığına görə mayın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Avqust 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- “Azərişıq” ASC Xaçmazda KOBİA-nın təşkil etdiyi tədbirdə iştirak edib 01 Sentyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026