İyulun 6-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.
Həmçinin iyulun 6-da Abşeron RETSİ-nə daxil olan 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında görüləcək təmir işləri ilə əlaqədar saat 11:00-dan 15:00-dək Aşağı Güzdək qəsəbəsi, Atyalı yaşayış massivi gərginliksiz qalacaq.
Eləcə də, Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq “Fatmayi” yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində icra olunacaq təmir işləri zamanı saat 11:00-dan 14:00-dək Digah kəndi və Sovxoz yaşayış massivinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.
Maştağa ETSİ ərazisində 35/10/6 kV-luq “Bilgəh” yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Beləliklə, saat 16:00-dan 17:00-dək Bilgəh qəsəbəsinin bir hissəsində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- "Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub 03 İyun 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026