"Azərişıq" ASC-nin təşkilatçılığı ilə keçirilən "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir. Ağdaşda maarifləndici yarışın Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə regional turu təşkil olunub.
110/35/10 kV-luq "Ağdaş" yarımstansiyasında baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda "Ağdaş EŞ", "Bərdə EŞ", "Goranboy EŞ", "Göyçay EŞ", "Mingəçevir EŞ", "Tərtər EŞ", "Ucar EŞ", "Yevlax EŞ" komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.
İkinci mərhələdə energetiklər peşə bacarıqlarını nümayiş etdiriblər. Onlar müəyyən edilmiş vaxtlar ərzində 3 praktiki tapşırığı – 10 kV-luq elektrik xəttində təmir-bərpa, elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi, ilkin tibbi yardım göstərilməsi və yanğınsöndürmə əməliyyatlarını yerinə yetiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən "Göyçay EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Yasamal və Nizami rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar Bakıda və Sumqayıtda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 12 Oktyabr 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 23 Avqust 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2026