"Azərişıq" ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının növbəti regional turu Gəncədə keçirilib. Yarışda Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 9 komanda iştirak edib.
110/35/10 kV-luq “Yeni Gəncə” elektrik yarımstansiyasının ərazisində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda "Ağstafa EŞ", "Daşkəsən EŞ", "Gədəbəy EŞ", "Gəncə EŞ", "Göygöl EŞ", "Qazax EŞ", "Samux EŞ", "Şəmkir EŞ", "Tovuz EŞ" komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən "Qazax EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsində mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Bakı və Goranboyda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyul 2026
- Bakı, Abşeron və Yardımlının bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 21 Sentyabr 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026