"Azərişıq" ASC "2019-cu ilin tədbirlər planı"na uyğun olaraq ölkənin bütün regionlarında elektrik təchizatı şəbəkəsini yenidən qurur.
Ağsu şəhərində yerləşən 110/35/10 kV-luq "Ağsu" yarımstansiyası yenidən tikilib, 2x16 MVA gücündə transformator quraşdırılmaqla yarımstansiyanın gücü 32 MVA-ta çatdırılıb, - 110/10 kV-luq Broyler yarımstansiyasında təmir işləri aparılıb. Bundan əlavə 26 km-dən artıq 110 kV-luq xətt əsaslı təmir edilmiş, 48 km 10 kV-luq hava xəttləri çəkilmiş və 42 km ÖİN kabel xətləri quraşdırılıb, köhnə tipli 28 ədəd TM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 11 ədəd yeni güc mərkəzi yaradılıb, 138 ədəd 10/0,4 kV-luq TM və KTM əsaslı və cari təmir olunub.
10 kəndin (Növcü, Aşağı Növcü, Yuxarı Növcü, Axundlu, Məlikçobanlı, Hacıqədirli, Nəvahi, 28 may, Çiyni və Qaraməmmədli kəndləri) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 1 071 ədəd yeni metal dayaq əkilib, 32 km 0,4 kV-luq ÖİN kabellər çəkilib.
Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, abonentlərə nümunəvi və yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə ən yeni müasir texniki avadanlıqlarla təchiz edilib, Ağsu elektrik şəbəkəsinin yeni inzibati binası inşa edilib. 10 kV-luq Çiyni hava xəttindən qidalanan kəndlərin elektrik təchizatının yaxşılaşdırılması üçün 231 ədəd 10 kV-luq, 145 ədəd 0,4 kV-luq ÖİN dayaq, 4,8 km 0,4 kV-luq ÖİN kabel xətləri çəkilib, hazırda Ərəbsarvan və Bəyimli kəndlərində ÖİN kabellərin quraşdırılması işləri davam etdirilir. Bundan əlavə 18 kəndin dayanıqlı və etibarlı elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün yeni 35/10 kV-luq yeni yarımstansiyanın tikintisi, 11,5 km uzunluğunda 35 kV-luq hava xəttinin çəkilməsi işləri və dağlıq ərazilərdə yerləşən 12 kəndin elektrik enerjisi dayanıqlığının artırılması üçün 10 kV-luq hava xəttinin təmiri üçün işlər aparılmaqdadır.
Qeyd edək ki, Ağsu elektrik şəbəkəsi tərəfindən 14 239 əhali, 948 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 15 187 abonentə xidmət göstərilir.
Həmçinin, Göyçayda 81,22 km 10 kV-luq hava xətləri çəkilib və 147,97 km ÖİN kabel xətləri quraşdırılıb. Köhnə tipli 21 ədəd KTM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 10 ədəd yeni müxtəlif güclü müasir KTM-ləri quraşdırılıb, 341 ədəd 10/0,4 kV-luq KTM əsaslı və cari təmir olunub. Göyçay şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 168 ədəd 10 kV-luq, 1527 ədəd 0,4 kV-luq ÖİN dayaq, 64.6 km 0,4 kV-luq ÖİN kabel xətləri çəkilib. Bundan əlavə 5 kəndin (Mollahacılı, Şıxbəy, Yalman, Bəydövül, Qarayazı ) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib . Hazırda Göyçay şəhərində və Ulaşlı kəndində 0,4 kV-luq ÖİN kabellərin çəkilişləri davam etdirilir.
Göyçay elektrik şəbəkəsi tərəfindən 26379,0 əhali, 2 012 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 28 391 abonentə xidmət göstərilir.
Bundan başqa, Qusar rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə "Azərtişıq" ASC tərəfindən hil kəndində yeni 35/10 kV-luq 4 MVA gücündə yeni yarımstansiya tikilib. Həzrə kəndində 35/0,4 kV-luq 0,1 MVA gücündə yeni yarımstansiya tikilərək istismara verilib. Həmçinin 35 kV-luq “Quba-Qusar” hava xətti (12,5 km) və 35 kV-luq “Əcəxur” hava xətti (24 km) əsaslı təmir edilib. Elektrik veriliş xətlərində 35 kV-luq 45,22 km , 10 kV-luq 84,5 km naqil və 92,01 km ÖİN kabel xətləri, 7886 ədəd müxtəlif gərginlikli dayaq quraşdırılıb. Bundan əlavə 43 ədəd köhnə tipli KTM müxtəlif gücdə müasir KTM-lə əvəz olunmuş, 41 ədəd 10/0,4 kV-luq KTM təmir olunub. Avaran, Balaqusar, Hil kəndlərində açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib, 0,4 kV-luq ÖİN kabelin quraşdırılması işləri hal-hazırda Qusar şəhəri Ç.Qurbanov küç, Samur qəsəbəsi, Balaqusar, Xurel, Ləyərqışlaq, İmanqulukənd kəndlərində davam etdirilməkdədir.
Qusar Elektrik Şəbəkəsi tərəfindən 24 452 əhali, 2 115 qeyri-əhali abonenti olmaqla , ümumilikdə 26567 abonentə xidmət göstərilir.
Digər xəbərlər
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 22 Noyabr 2024
- “Azərişıq” ASC Göygöldə sahibkarlarla görüş keçirib. 11 İyun 2024
- ASAN Xidmət mərkəzlərində “Azərişıq” ASC-nin müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. 03 İyun 2024
- “Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası. 20 Oktyabr 2024