Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti və yaranan problemlərinin yerində aradan qaldırılması məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri Göygöldə baş tutub. Göygöl Gənclər Evində keçirilən tədbirdə 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Qərb RETSİ-nin nümayəndələri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, həmçinin Göygöl İcra Hakimiyyəti başçısının müavini iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi quruculuq və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, elektrik xətləri, dayaqlar, sayğaclar yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də Azad Qarabağda tam gücü ilə aparılır.
Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlar və vətəndaşlarla maarifləndici söhbətlər aparılıb, eyni zamanda xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı məlumat təqdim edilib. Tədbirdə yeni elektrik şəbəkəsinə qoşulma, texniki şərtlərin verilməsi, ödənişlər, eləcə də ASAN Xidmət mərkəzlərində və elektron olaraq bütün xidmətlər ilə bağlı açıqlamalar verilib
“Azərişıq” ASC yenidənqurma sahəsində olduğu kimi marrifləndirici tədbirlərini də Göygöllə yanaşı ölkənin digər bütün regionlarında davam etdirəcək.
Digər xəbərlər
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib 24 Aprel 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026