Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Energetika fakültəsinin (EF) dekanı, dosent Aydın Əliyev tədbir iştirakçılarını salamlayaraq, ASC nümayəndə heyətini təqdim edib.
Görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “Zülmətdən işığa” filmi nümayiş olunub.
Tədbirdə həmçinin “Azərişıq” ASC ilə ADNSU tələbələri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Digər xəbərlər
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir 05 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 13 Sentyabr 2026
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq 16 May 2026
- Paytaxtın bu ərazilərində fasilələr yaranacaq 16 İyul 2026