Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.
Yaşayış məntəqələrində 0.4, 6 və 10 kV-luq yeni dayaqlar əkilir, 0.4 kV-luq Özündaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin 6 və 10 kV-luq hava elektrik verilişi xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük təlabatının qarşılanması məqsədilə müasir Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır, sayğaclar yeniləri ilə əvəz olunur.
Yenidənqurma işləri çərçivəsində Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən Nardaran qəsəbəsi Ləhic bağları, Buzovnada isə Albalılıq yaşayış massivində 400 kVA gücündə yeni KTM-lər quraşdırılıb. Ümumilikdə Maştağa ETSİ ərazisində ilin sonunadək 30 ədəd yeni güc mərkəzi yaradılacaq.
Xəzər rayonunda da elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Binə Atçılıq və Binə Südçülük yaşayış massivlərində 6/0.4 və 10/0.4 kV-luq yeni güc mərkəzləri yaradılıb. Həmçinin köhnə sayğaclar yeniləri ilə əvəz olunub. Rayon ərazisində Binə Sovxoz, Buzovna Albalılıq, Şüvəlan, Mərdəkan, Şağan ərazilərində yeni güc mərkəzlərində işlər davam edir.
Bağlar ETSİ-nə daxil olan Məmmədli, Mehdiabad, Novxanı, Corat və Saray qəsəbələrində də elektrik təsərrüfatı yenidən qurulur. Adı çəkilən yaşayış məntəqələrində ilin sonunadək ümumilikdə 16 ədəd yeni KTM-in quraşdırılıb istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Azərişıq” ASC Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtla yanaşı ölkənin bütün regionlarında, kənd və qəsəbələrdə əsaslı təmir və yenidənqurma işlərini davam etdirir.
Digər xəbərlər
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 05 Avqust 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Bakı və Ağdaşın bu ərazilərində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranacaq 04 Avqust 2026
- Bakı, Abşeron və Yardımlının bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026