Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ağsuda “Ticarət və xidmət sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş təşkil edib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Vergi Xidməti, “Azəriqaz” İstehsalat Birliyi, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan Regional Bölməsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Müvəkkil kredit təşkilatları ilə yanaşı “Azərişıq” ASC-nin müvafiq qurumları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Ağsu Elektrik Şəbəkəsinin (EŞ) rəisi Müşviq Heybətov tədbirdə iştirak edən 30-dək sahibkarla ticarət və xidmət sahəsində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, “Azərişıq” ASC fermer və sahibkarların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Onların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 16 Avqust 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 03 İyul 2026
- Bakı və İsmayıllının bu ərazilərində fasilə yaranacaq 30 İyul 2026