Prezident İlham Əliyevin göstərişləri əsasında “Azərişıq” ASC Göyçayda da əsaslı təmir və yenidənqurma işləri aparır. Rayon ərazisində istismar müddəti bitmiş dayaqlar müasir metal dayaqlarla əvəz olunur, izolyasiyalı kabel xətləri çəkilir.
Şəhərlə yanaşı Göyçayın kəndlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Mırtı kəndində 35/10 kV-luq, 6.3 MeqaVatt gücündə yeni yarımstansiyanın tikintisi davam etdirilir. Bu yarımstansiyaya 35 kV-luq 7.5 km uzunluğunda hava xətti çəkilir. Mırtı yarımstansiyası rayonun 12 kəndini – Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Yarımstansiya tikilib istismara verildikdən sonra 5 min abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Hazırda 110/35/10 kV-luq Göyçay yarımstansiyasından qidalanan 10 kV-luq 5-ci şəhər hava xəttini əhatə edən küçə və məhəllələrdə işlər davam edir. Həmçinin, 0.4 kV-luq elektrik veriliş xətlərində köhnə tipli naqillər, dayaqlar və sayğaclar yeniləri ilə əvəzlənir. Ümumilikdə, İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir 14 Sentyabr 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Bakı, Abşeron və Sumqayıtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 10 Sentyabr 2026
- Təmir işləri ilə əlaqədar Yasamal və Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 13 Oktyabr 2026