Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 11-də paytaxt ərazisində, həmçinin Abşeron və Sumqayıtda elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nə daxil olan Buzovna qəsəbəsi Ruhulla Axundov, Dənizkənarı və Lermantov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək bir sıra 6 kV-luq hava xətlərində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən 35/10 kV-kuq "Savalan" yarımstansiyasında görüləcək təmir-təftiş və sınaq işləri zamanı Ramana qəsəbəsi və Savalan yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək müvəqqəti fasilə yaranacaq.
Abşeron RETSİ ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında təmir işləri icra olunacaq. Bu zaman Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi yerlərində saat 09:30-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Həmçinin 10/6 kV-luq TM-də görüləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək Xırdalan şəhəri Həsən Əliyev və Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçələri, eləcə də Ceyranbatan gölünün yuxarı ərazisini, Yeni Saray yolunun sol və sağ hissələrini əhatə edəcək.
Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Ceyranbatan Elektrik Şəbəkəsində 10 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, Saray qəsəbəsində yerləşən Məhərrəm Seyidov və Zərifə Əliyeva küçələri, Yeni Saray yaşayış massivi, Saray postu ətrafının bir sıra hissələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bakı və Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 22 İyun 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Sentyabr 2026
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026