
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib.
2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib. Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişləri yekunlaşdırılıb. “Azərişıq” ASC-nin əməkdaşları 2025-ci ilin ilk günlərində də iş başında olublar. 110/35 kV-luq İstisu Yarımstansiyasından Mineral su zavoduna çəkilən ikidövrəli ÖİN-3 kabel kəttinin çəkilişi davam etdirilir. Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır. Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı baş tutub.
Laçında da dağıdılmış elektrik təsərrüfatının yenidən qurulması işləri davam edir. Minkənddə 35 kV-luq yarımstansiyanın və şəhər daxilində Rəqəmsal idarəetmə Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Uğurla sona çatdırılan yenidənqurmalarla yanaşı, rayonun bütün kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün işlər ardıcıl olaraq gedir. Belə ki, Quşçu kəndində ÖİN-3 kabel hava xəttinin çəkilişi tamamlanıb, transformatorlar quraşdırılıb, gərginlik verilib. Kürdhacı, Ərikli, Şəlvə, Güləbird və Qorçu qəsəbəsində elektrik xətləri çəkilişi davam edir. İkidövrəli hava kabel xətləri çəkilir.
Xatırladaq ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında da dağıdılmış elektrik şəbəkələri tamamilə yenidən qurulur. Yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzləri yaradılır. Görülən bütün işlər Baş Plana əsasən aparılır.
Digər xəbərlər
- “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkirdə yenidənqurma işlərini davam etdirir 13 May 2025
- “Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir 13 Mart 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Sabirabadda sahibkarlarla görüşüb 09 Aprel 2025
- "Azərişıq" ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib 10 May 2025
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. 18 Fevral 2025