Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər çərçivəsində Kəlbəcərin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.
Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb.
Şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində isə işlər yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.
Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən ölkənin digər regionlarındakı bir sıra kənd və qəsəbələrdə istismar müddətini başa vurmuş elektrik təsərrüfatı yenidən qurulur. Məqsəd vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Digər xəbərlər
- “Azərişıq” ASC Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir 14 Avqust 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- Yasamal və Nizami rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyun 2026
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026